Xəbər lenti

Trampın Ukrayna üzrə xüsusi səfiri istefa verdi
Dünya06:37 28.09.2019

Trampın Ukrayna üzrə xüsusi səfiri istefa verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi səfiri Kört Volker istefa verib.
Qaynarinfo NY Tİmes-a istinadən xəbər verir ki, K.Volker Dövlət Katibi Mayk Pompeoya istefasını təqdim edib.
Səfirin istefası prezident Donald Trampın Ukrayna qalmaqalı ilə əlaqələndirilir. Xatırladaq ki, ötən günlərdə ABŞ rəhbərinin iyul ayında Ukrayna prezidenti Vladimir Zelenskiyə zəng etdiyi və ondan ABŞ prezident seçkilərində namizədlərdən biri Co Baydnın oğlunu araşdırmağı istədiyi iddia edilib. Məlumata görə, ABŞ həmin danışıqdan öncə Ukraynaya nəzərdə tutulan 400 milyon dollar yardımı təxirə salıb.
Ağ Ev bu iddiaları rədd edib, lakin D.Tramp Co Baydnla bağlı təhqiqat fikrini müdafiə edib.
Gülşən