Xəbər lenti

Trampın üstünə Rusiya bayrağı atdılar
Dünya07:44 25.10.2017

Trampın üstünə Rusiya bayrağı atdılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ prezidenti Donald Tramp maraqlı formada protest edilib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, ABŞ Konqres binasında bir etirazçı Rusiya bayraqlarını prezidentin üstünə atıb və "Tramp vətən xainidir" şüarını səsləndirib. Tramp etiraza heç bir reaksiya verməyib.
ABŞ polisi etirazçını dərhal həbs edib.
Qeyd edək ki, Donald Trampın Rusiyanın köməyilə prezident seçilməsi ölkədə iddia edilən və müzakirə mövzusuna çevrilən məsələdir.
Gülşən
Qaynarinfo.Az