
Hazırda Walter Reed Hərbi Xəstəxanasında koronavirus infeksiyasından müalicə edilən Amerika lideri Donald Tramp video-müraciət paylaşıb.
Qaynarinfo xəbər verir ki, müraciətində Tramp COVID-19 müalicəsini tez bir zamanda tamamlayacağına və "Amerikanı yenidən əzəmətli etmək" üçün işinə dönəcəyinə söz verib.
"Buraya gələndə özümü yaxşı hiss etmirdim. İndi çox yaxşıyam”, - Tramp Twitter-dəki paylaşımında deyib.
"Biz Amerikanı yenidən əvvəlki kimi əzəmətli etməliyik. Bu istiqamətdə çox şey əldə etdik, amma hələ görüləsi çox şey var. <...> Düşünürəm ki, tezliklə qayıdacağam”, - ABŞ lideri vurğulayıb və artıq özünü yaxşı hiss etməyə başladığını sözlərinə əlavə edib.
"Biz bu koronavirusu məğlub edəcəyik", - Tramp vəd verib.
Video artıq 20 milyondan çox baxış sayı toplayıb.
Xatırladaq ki, Tramp və xanımı 2 oktyabrda koronavirusa yoluxublar. Cütlük təcrid olunub, ikisinin də yaxşı olduqları qeyd edilir. Lakin sonradan mediada Trampın səhhətinin pisləşməsi barədə xəbər verilib - qızdırması yüksəlib, öskürməyə başlayıb.
Alpər