Xəbər lenti

Transseksuallar Həcc ziyarətinə gedir
Dünya11:01 19.02.2018

Transseksuallar Həcc ziyarətinə gedir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Pakistandan olan transseksuallar bu il Səudiyyə Ərəbistanına Həcc ziyarətinə yola düşəcəklər.
Qaynarinfo Lenta.ru-ya istinadən xəbər verir ki, Sind vilayətindən olan hərəkatın (Boy Scout movement) nümayəndəsi Atif Amin Hüseyn bildirib ki, gənc transseksual kişilər namizədlər arasından seçiləcək və daha sonra onlar yekun təsdiq üçün Dəyanət İşləri Nazirliyinə göndəriləcəklər. Bu proses, transseksualların cəmiyyətə inteqrasiya prosesinin sürətlənməsinə müsbət təsir göstərəcək. Atif Amin həmçinin qeyd edib ki, hərəkata artıq 40 pakistanlı transseksual qoşulub. 
Pakistan 2009-cu ildə dünyada ilkə imza ataraq 3-cü növ cins anlayışını qəbul edib və bu dəyişiklik şəxsiyyət vəsiqəsində öz əksini tapır. Lakin ərazidə hələ də bu cinsi orientasiya nümayəndələrinə qarşı diskriminasiya mövcuddur. Ölkədə təxminən yarım milyon transseksual yaşayır. 
Gülşən