Xəbər lenti

Trudou cinsi zorakılıqda ittiham edilir
Dünya14:57 03.07.2018

Trudou cinsi zorakılıqda ittiham edilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kanadanın baş naziri Castin Trudouya qarşı cinsi zorakılıq ittihamı irəli sürülüb.
Qaynarinfo xəbər verir ki, "Creston Valley Advance" adlı qəzetdə çıxan xəbərdə o dövrdə 28 yaşlı müəllim olan Trudounun adı açıqlanmayan jurnalistə əllə uyğunsuz formada toxunduğu iddia edilib. Hadisə uçqunun qarşısını almaq üçün pul toplamaq məqsədilə təşkil edilən tədbirdə baş verib. Baş nazir 1998-ci ildə qardaşını uçqun nəticəsində itirəndən sonra belə tədbirlərdə iştirak etməyə başlayıb. Castin Trudounun hadisədən sonra "Qəzetdə işlədiyinizi bilsəydim, irəli getməzdim" dediyi iddia edilir.
Qəzetin o dövrkü sahibi Valerie Bourne jurnalistin Trudounun addımından narahat olduğunu açıqlayıb.
Qeyd edək ki baş nazir o dövrdə belə bir şeyin baş verdiyini xatırlamadığını bildirib.
Gülşən