Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın 27 noyabrda Tunisə səfərə hazırlaşması tunisliləri qəəbləndirib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Tunis Jurnalistlər Birliyi Qaşıqçının qətlində ittiham olunan şahzadənin Tunisə səfərinə öz etirazlarınıbildiriblər. Qurumun bu haqda yayımlanan açıqlamasında qeyd olunub ki, Səudiyyə şahzadəsi Qaşıqçı cinayətindən sonra adını təmizə çıxarmaq üçün xarici səfərlərə çıxır.
"Qaşıqçının qanı hələ qurumadan qatil şahzadə Tunisdə xoş qarşılanmayacaq", - deyə jurnalistlər birliyinin sədri Naci Bağıri sosial şəbəkə hesabında yazıb.
Həmçinin 50 hüquqşünas ibn Salmanın Tunisə ziyarətinin qarşısını almaq üçün dava açıb, digər bir tərəfdən isə tunisli fəallar şahzadənin gəlməsinə etiraz üçün çağırışlar ediblər.