İdman 17:00 29.03.2023

"Turan Tovuz" legioneri ilə bağlı qərar verdi

"Turan Tovuz" legioneri Denis Marandiçi ilə yeni müqavilə bağlayıb.
 
Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçi ilə 1+1 il müddətinə yeni müqavilə imzalanıb.
 
Moldovalı futbolçu cari mövsümün qış fasiləsində Tovuz təmsilçisinə transfer olunmuşdu.
 
Səbuhi Həsənov