
Yunanıstanın Kos adasında baş verən güclü zəlzələdən sonra hotellər turistləri çöldə yatmağa məcbur edir.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 6,7 ballıq zəlzələdən sonra ingilis turistlərin hoteldə qalmağına icazə verilmədiyi məlum olub. Dəniz sahilləri şezlonqlarda yatan insanlarla doludur. Adada insanlar restoranların açıq yerlərində yemək yeyir, küçəyə daşıdıqları yataqlarında yatırlar. Şəhərin müxtəlif yerlərində bu mənzərə ilə qarşılaşmaq mümkündür.
Qeyd edək ki, güclü zəlzələ nəticəsində bir Türkiyə, bir İsveç vətəndaşı həlak olmuş, bəzi tikililər, xüsusilə tarixi binalar ciddi zərər görmüşdü.
Gülşən
Qaynarinfo.Az











