Xəbər lenti

Turistlər üçün 10 ən ucuz şəhər - Siyahı
Dünya15:21 19.06.2014

Turistlər üçün 10 ən ucuz şəhər - Siyahı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“TripAdvisor” səyahət saytı turistlər üçün daha ucuz şəhərlərin siyahısını tərtib edib. 
Qaynar.info “Media forum” saytına istinadən bildirir ki, şəhərlərin reytinq cədvəli iki nəfərin 4 ulduzlu oteldə bir günlük gecələməsi, hava limanından şəhərə və şəhərdən hava limanına taksi xidməti, restoranda şam yeməyi, 5 ulduzlu mehmanxanada kokteyl içkisinin dəyəri nəzərə alınmaqla tərtib olunub.
2014-cü ilin yayı üçün ən ucuz şəhərlərin ilk onluğu belə sıralanıb:
1. Hanoy, Vyetnam (155,3 dollar)
2. Cakarta, İndoneziya (161 dollar)
3. Şarm-əl-Şeyx, Misir (162 dollar)
4. Banqkok, Tailand (164,7 dollar)
5. Sofiya, Bolqarıstan (190,5 dollar)
6. Keyptaun, CAR (193,5 dollar)
7. Mumbay, Hindistan (193,7 dollar)
8. Kuala-Lumpur, Malayziya (198,7 dollar)
9. Praqa, Çexiya (200,7 dollar)
10. Budapeşt, Macarıstan (203,4 dollar).
Turistlər üçün ən bahalı şəhər London hesab olunub. Burada iki nəfər üçün taksi, şam yeməyi, kokteyl və 4 ulduzlu oteldə bir günlük gecələmə 528 ABŞ dollarına başa gəlir.
Qaynar.info