Xəbər lenti

Turistlər üçün ən arzuolunan ölkə açıqlandı - TOP-10
Dünya 22:15 19.11.2025

Turistlər üçün ən arzuolunan ölkə açıqlandı - TOP-10

"Wanderlust" nəşrinin hazırladığı dünyanın ən arzuolunan ölkələrinin siyahısı, 200 minə yaxın səyahət həvəskarının səs verdiyi "Readers' Choice Awards" (RCA) mükafatının bir hissəsidir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Time Out” məlumat yayıb.

Qeyd edilir ki, bu mükafat dünyanın ən yaxşı turistik istiqamətlərinə, tur operatorlarına və səyahət brendlərinə verilir.

Bu il "ən arzuolunan ölkə” adı, on ildən çox müddətdən sonra yenidən dünyanın turizm mərkəzi adlandırılan Yaponiyaya qismət olub.

Mütəxəssislərin sözlərinə görə, bu ölkədə insan istədiyi hər növ istirahəti keçirmək imkanına malikdir. Burada çimərliklər, dağlar, çoxəsrlik tarix və mədəniyyət, dünya səviyyəli əyləncə parkları və dünyanın ən böyük şəhəri yerləşir. Fərqli maraqları olan insanların ölkəyə böyük axını nəzərə alınanda, Yaponiyanın bu qədər səs toplaması təəccüblü deyil.

"Wanderlust"un məlumatına görə, Tokio və Kioto kimi şəhərlər populyarlığını qorusa da, səyahətçilər artıq Sıkokunun vəhşi sahillərinə üz tutur, Kanadzavadakı ustaları ziyarət edir və Yaponiyanın ən ucqar adalarını araşdırırlar. Jurnal belə yazır:

"İnsanları geri qaytaran yenilik, dəqiqlik və ənənənin vəhdətidir… Bu ölkə maraqla səyahət edənləri mükafatlandırır”.

"Time Out” əlavə edir ki, Yaponiyada dünyanın ən cazibədar məhəlləsi də yerləşir. Tokionun kitab mağazaları ilə məşhur Cimnote məhəlləsi siyahının zirvəsinə çıxıb. Yerli ekspert Seta Naqoa buranı "nəsillər boyu tokio intellektuallarının sevimli görüş yeri” adlandırır. Tokio həmçinin dünyanın 2025-ci il üçün ən yaxşı şəhərləri siyahısına daxil edilib.

İkinci yeri Kosta-Rika tutub. Mərkəzi Amerika ölkəsi zəngin təbiəti və vəhşi həyatı ilə seçilir. Burada həmçinin "Time Out”un fikrincə planetin ən az dəyərləndirilmiş məkanlarından biri – Osa yarımadası yerləşir. Səyahət redaktoru Qreys Bird buranı "dünyanın ən möhtəşəm eko-macəralarından biri” kimi təsvir edir. Üçüncü yerdə isə təbii gözəllikləri ilə tanınan Kanada qərarlaşıb.

Dünyanın ən arzuolunan ölkələri

"Wanderlust" oxucularının fikrincə, planetin ən çox arzu olunan on turistik istiqaməti belədir:

1. Yaponiya
2. Kosta-Rika
3. Kanada
4. Avstraliya
5. Peru
6. Cənubi Afrika
7. ABŞ
8. Yeni Zelandiya
9. Braziliya
10. Ekvador

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->