"Türk lirəsi ucuzlaşacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Ekspert buna səbəb kimi büdcə xərclərinin artmasını göstərib.
Natiq Cəfərli bildirib ki, türk lirəsinin taleyi daha çox seçkilərdən asılı olacaq:
"Düşünürəm ki, seçkilərin nəticələri türk lirəsinə daha çox çox təsir edəcək. Əgər, may ayına kimi müəyyən ucuzlaşmalar baş versə, seçkilərin nəticəsi türk lirəsinin dəyərinə daha çox təsir göstərə biləcək bir amilə çevriləcək. Təhlillər onu deməyə əsas verir ki, lirə ucuzlaşacaq”.
Natiq Cəfərli 2023-cü ilin ikinci yarısında lirənin taleyində növbəti mühüm dəyişikliklər olacağını proqnozlaşdırıb.
Bahar Rüstəmli