Xəbər lenti

Türk polisini öldürməkdə ittiham olunan azərbaycanlı ömürlük həbs cəzası ala bilər
Dünya14:27 06.04.2018

Türk polisini öldürməkdə ittiham olunan azərbaycanlı ömürlük həbs cəzası ala bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin Ədirnə şəhərində rus və azərbaycanlı cinayətkar qruplaşmaların silahlı qarşıdurmasına müdaxilə edən polis məmuru Hüseyn İmrağı ürəyindən vuraraq öldürməkdə ittiham edilən azərbaycanlı Mahir Şükürov hadisə yerinə aparılıb.
Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, istintaq zamanı M.Şükürov haqqında irəli sürülən ittihamları rədd edərək, polis məmurunu öldürmədiyini bildirib.
"Atışma vaxtı qaçdım. 25-30 metr irəlidə qarşıma 2 naməlum şəxs çıxdı. Silahız olan məni göstərdi, əlində silah olan şəxs isə söyərək atəş açmağa başladı. Avtomobilim olmadığı üçün arxaya dönüb qaçmağa başladım. Yaxınlıqda bir məscidə girərkən, arxama baxdım, heç kim gəlmirdi. Qapıda biri ilə toqquşdum və yerə yıxıldı. Daha sonra isə bir taksiyə minib oradan uzaqlaşdım", - deyə o, bildirib.
Qeyd edək ki, sözügedən cinayət hadisəsi 2014-cü ildə olub. Dövrün Ədirnə prokuroru Çingiz Özüklü 1-ci Ağır Cinayətlər Məhkəməsi qarşısında qaldırdığı iddiada azərbaycanlı Mahir Şükürovu polis məmurunu qəsdən öldürməkdə ittiham edərək ömürlük azadlıqdan məhrum edilməsini tələb etmiş, Şaban Ərdoğanı isə silahla yaraladığı üçün 2 ildən 5 ilə qədər həbs cəzası verilməsini istəmişdi. Prokuror həmçinin şübhəlilərdən Şaban Ərdoğan, Dursun Gündüz, digər azərbaycanlı Namiq Umudov və Quara Əliyev ilə rusiyalı Ceyhun Əsgərov barəsində qanunsuz silah gəzdirmə ittihamı ilə 1 ildən 3 ilə qədər həbs və 5 min lirə pul cəzası ilə cəzalandırılma hökmünün çıxarılmasını tələb etmişdi. Məhkəmənin ardından hadisə ilə bağlı saxlanılan 15 nəfər sərbəst buraxılmış, polis məmurunu öldürməkdə ittiham edilən M.Şükürov isə 18 iyun 2014-cü il tarixdə pizzaçı sifətiylə qapısını döyən polis məmuru tərəfindən saxlanılaraq həbs edilmişdi.