Xəbər lenti

Türkəyinin NATO-dakı 40 hərbçisi siyasi sığınacaq istədi
Dünya10:46 28.01.2017

Türkəyinin NATO-dakı 40 hərbçisi siyasi sığınacaq istədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

NATO-nun Almaniyada yerləşən hərbi bazasında xidmət edən 40-a yaxın türk hərbçisi Almaniya dövlətindən siyasi sığınacaq istəyib.

Qaynarinfo.Az-ın "Spiegel"-ə istinadla verdiyi xəbərə görə, onlar Fətullah Gülənə simpatiya bəsləmədiklərini, Türkiyədəki qiyama dəstək vermədiklərini, dünyəvi dövlət tərəfdarları olduqlarını, amma indiki Türkiyə hakimiyyətinin siyasətindən narazı olduqlarını bəyan ediblər.

Hərbi bazanın rəhbərliyi bu hərbçilərin Türkiyəyə təhvil verilməsinin qeyri-mümkün olduğöunu bildirib: "Çünki onları Türkiyədə həbs edəcəklər".

Qeyd edək ki, bundan əvvəl Türkiyə tərəfinin bu hərbçilərdən bəzilərinin həbsi haqqında order imzaladığı bildirilirdi.

Qaynarinfo.Az