Türkiyə bundan sonra Beynəlxalq Valyuta Fondundan kredit almayacaq.
Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Qızılcahamam şəhərində Ədalət və İnkişaf Partiyasının fəalları qarşısında çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Biz BVF kreditləri səhifəsini bağladıq ki, bir daha onu açmayaq".