Xəbər lenti

Türkiyə-Ermənistan sərhədi 35 il sonra açıldı
Dünya18:15 11.02.2023

Türkiyə-Ermənistan sərhədi 35 il sonra açıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə-Ermənistan sərhədi 35 il sonra açılıb.
Qaynarinfo "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu, Ermənistanın Türkiyəyə humanitar yardım göndərməsi sayəsində baş verib.
Ermənistandan gələn humanitar yük dolu  5 TIR 35 ildir bağlı qalan Alican sərhəd qapısından keçib.
Qeyd edək ki, sözügedən sərhəd qapısı sonuncu dəfə 1988-ci ildə istifadə olunub. Həmin il Ermənistanda baş verən zəlzələ zamanı Türk Kızılay tərəfindən yığılan yardımlar fəlakət bölgəsinə aparılmışdı.