"Türkiyənin etdikləri F-35 ovçu təyyarəsinin potensialını baltalayır".
Qaynarinfo xəbər verir ki, bunu ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri deyib. O bildirib ki, Rusiyadan S-400 raket komplekslərinin alınması ABŞ-la Türkiyə arasında əsas qıcıq yaradan mövzu olmaqda davam edir.
"S-400-lər çox böyük və son dərəcə qarışıq bir məsələdir. Çünki ABŞ və müttəfiqlərinin müdafiəsi üçün ən böyük yatırım olan F-35 ovçu təyyarələri ilə əlaqədardır. Hazırda hər iki tərəf sakitdir. Bu problemlərin ən böyüyüdür. Liviya, NATO, Qafqaz-Qara Dəniz regionu, Suriya və İraq kimi bir çox məsələdə isə Türkiyə ilə yaxşı anlaşırıq".
Qeyd edək ki, Türkiyə və ABŞ arasında gərginliyə səbəb olan Rusiya istehsalı S-400 raket komplekslərinin alınması sazişi 2017-ci ilin sentyabrında imzalanıb. İlk transfer isə 2019-cu ilin iyulunda gerçəkləşdirilib. ABŞ-ın snksiya təhdidlərinə baxmayaraq Türiyə geri addım atmamış və əlavə satınalmalarla bağlı da müzakirələri davam etdirmişdi.
Camal