Xəbər lenti

Türkiyə Gömrük İttifaqına dəvət edildi
Dünya16:19 24.10.2013

Türkiyə Gömrük İttifaqına dəvət edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et


Qazaxıstan prezidenti Nursultan Nazarbayev əsas postsovet ölkələrinin daxil olduğu Avrasiya İqtisadi Qrupunu buraxamağı təklif edib.

ANS PRESS rus mətbuatına istinadən bildirir ki, Nazarbayev Gömrük İttifaqını nəzərdə tuturaq eyni məkanda iki paralel qurumun olmamasını bildirib. Avrasiya İqtisadi Qrupuna Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan daxildir.

Rusiya, Belarus və Qazaxıstanın 2015-ci ildə yaratmaq istədiyi Gömrük İttifaqı yetərincə geniş coğrafiyanı əhatə edir. Qurumun toplam ümumi daxili məhsulu (ÜDM) MDB ÜDM-nin 85%-ni təşkil edir.

Nazarbayevin fikrincə, Qırğızıstan və Tacikistan Gömrük İttifaqına müşahidəçi kimi daxil olmalıdırlar. “Ermənistan da Belarus, Qazaxıstan və Rusiyanın keçdiyi bütün prosedurları keçərək Gömrük İttfaqının üzvü olmalıdır”,- deyə Qazaxıstan lideri vurğulayıb.

O, Türkiyənin də Gömrük İttifaqına cəlb edilməsini təklif edib. Nazarbayevin fikrincə, bu, Gömrük İttifaqının yaradılmasını SSRİ-nin bərpası kimi təqdim edilməsinə son qoya bilər: “Türkiyə bəlkə də bu dəvəti qəbul edər, böyük ölkədir və söhbət bitər”.

Qaynar.info