Son zamanlar iki dövlət arasında diplomatik əlaqələrin qurulması fonunda İranın Ermənistanla mütəmadi iqtisadi-siyasi yaxınlaşmanın artması nədən xəbər verir? Bunu başa düşmək çox da çətin deyil.
Ərdoğan bu yaxınlarda yenidən Ermənistan-Azərbaycan birbaşa danışıqlarından məmnunluğunu ifadə edərək, sərhəd komissiyalarının mayın 24-də keçirilən ilk iclasını sevindirici adlandırıb və Zəngəzur dəhlizi məsələsində irəliləyişin əldə olunduğunu bəyan edib:
"Biz Ermənistanla münasibətlərin normallaşdırılması prosesini də səmimiyyətlə davam etdiririk”.
Öz növbəsində Ermənistan da Türkiyə ilə ilkin şərt olmadan dialoqa və münasibətlərin yaxınlaşması prosesinə qoşulmaq niyyətində olduğunu bildirib.
Lakin hələ bu günə qədər Ermənistanın Ankara ilə münasibətlərində ciddi, nəzərəçarpacaq nəticə olmasa da, Ermənistan tərəfinin sərhədlərin açılmasında, münasibətlərin qurulmasında maraqlı olduğunu və Türkiyədən də bunu görmək istədiyini nəzərə alsaq, məlum olur ki, İranın aktivləşməsi iki dövlətin tezliklə yaxınlaşma prosesinə heç də töhfə vermək niyyətində deyil.
Əslində, Ermənistan bu istiqamətdə artıq üç konkret addım atıb: xarici işlər nazirinin Antalyada keçirilən diplomatik forumda iştirakı, iqtisadi embarqonun ləğvi və Ermənistanla Türkiyə arasında hava nəqliyyatının bərpası.
Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin ikinci görüşündən əvvəl Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, İrəvan Türkiyə tərəfinə diplomatik pasport sahibləri üçün quru sərhədinin açılmasını təklif edib. Buna cavab olaraq Türkiyənin xarici işlər naziri Çavuşoğlu iki ölkə arasında "sərhədlərin yenidən müəyyən edilməsi” ilə bağlı razılaşmanın olduğunu açıqlayıb. O, Ermənistan-Azərbaycan komissiyasına bənzər birgə komissiyanın yaradılmasını istisna etməyib.
Ermənistan-Türkiyə münasibətləri istiləşdikcə İran isə Ermənistana suallar verməyə başlayıb. Belə ki, mayın 20-də Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohurini qəbul edib və onun xahişi ilə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesininin gedişatı ilə bağlı açıqlama verib. Daha sonra İran səfiri Ermənistanın Naxçıvan və Türkiyə ilə həmsərhəd olan Ararat bölgəsinə səfər edib. İran səfiri Türkiyə və Ermənistanın regionda tarazlığı dəyişdirə biləcək gözlənilməz addımlarından xəbərdar olmaq üçün yerində bir-sıra araşdırmalar edərək İrəvana gəldikdən sonra Ermənistan XİN rəhbəri ilə qeyri-rəsmi görüş keçirib və ardınca İrana gedib.
Telman