Xəbər lenti

Türkiyə ilə Finlandiya və İsveç arasında yeni danışıqlar - Stoltenberqin xahişi
Dünya06:00 27.06.2022

Türkiyə ilə Finlandiya və İsveç arasında yeni danışıqlar - Stoltenberqin xahişi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə Alyansın Madriddə keçiriləcək sammiti öncəsi Finlandiya və İsveçlə NATO-ya üzvlüklə bağlı danışıqların yeni mərhələsini keçirməyi planlaşdırır.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Habertürk telekanalına açıqlamasında deyib.
Onun sözlərinə görə, yeni sammit NATO-nun baş katibi Yens Stoltenberqin xahişi ilə keçiriləcək və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan da görüşdə iştirak edəcək. Eyni zamanda, Kalın Türkiyənin danışıqlara razılığının onun "mövqelərindən geri çəkiləcəyi" anlamına gəlmədiyini vurğulayıb və PKK terrorçuları ilə mübarizə üçün Finlandiya və İsveç qanunlarına dəyişiklik edilməsinin vacibliyini xatırladıb. 
Xatırladaq ki, Türkiyə İsveç və Finlandiyanın NATO-ya daxil olmasını dəstəkləməkdən imtina edərək, hər iki ölkədən PKK üzvlərini Ankaraya təhvil verməsini və Türkiyənin terrorçu hesab etdiyi strukturlarla əlaqəli bütün təşkilatların bağlanmasını tələb edir. Bu məsələ ilə bağlı danışıqların birinci raundu mayın 25-də Ankarada keçirilib. Mənbələr Reuters-ə bildiriblər ki, iclas "narahat keçib", iştirakçılar "az irəliləyiş" əldə ediblər və heç bir aydın nəticə yoxdur. Türkiyə prezidenti daha sonra danışıqların nəticəsinin ona uyğun gəlmədiyini bildirib.
Alpər