Ağrı vilayətində Türkiyə-İran sərhəd təhlükəsizliyi toplantısı keçirilib.
Qaynarinfo bu barədə Anadolu agentliyinə istinadəm xəbər
verir.
Türkiyənin Ağrı valiliyinin verdiyi açıqlamada Türkiyə ilə sərhəddə təhlükəsizlik divarı və tamamlayıcı texnoloji tədbirlərlə bağlı iki ölkənin işçi qrupunun iclas keçirdiyi bildirilib.
Ağrı qubernatoru Osman Varulun sədrliyi ilə keçirilən iclasda 2020-ci ildə istifadəyə verilmiş "Sərhəd Fiziki Təhlükəsizlik Sistemi” layihəsi nəzərdən keçirilib.
Qeyd edək ki, Türkiyə-İran sərhədində quraşdırılan CCTV sistemləri, Türkiyənin "Aselsan” müdafiə şirkətinin istehsalı olan optik elektrik abadanlıqları, eləcə də işıqlandırma sistemləri və gecəgörmə kameraları ilə təchiz edilmiş divarlar və s. təhlükənin qarşısının alınmasında mühüm rol oynayır.
M.Arif