Xəbər lenti

“Türkiyə nəzarətimiz altındadır” İranlı generaldan açıqlama
Dünya13:35 27.05.2014

“Türkiyə nəzarətimiz altındadır” İranlı generaldan açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İran inqilab Keşikçiləri Hava-Kosmos qüvvələri komandiri general-mayor Əmir Hacızadə Malatyanın Kürəcik şəhərində qurulan NATO raket sistemini nəzarətdə saxladıqlarını bildirib.

Axar.az xəbər verir ki, İranın ərəb dilində yayımlanan kanalı Əl-Aləmə  danışan general Əmir Hacızadə deyib ki, Türkiyə raket sisteminin İranı təhdid etməyəcəyinə dair zəmanət verib, bununla belə, İran Malatyadakı raket sistemini nəzarət altında saxlayır. 

Xatırladaq ki, Əmir Hacızadə 2011-ci ilin noyabrında İrana qarşı ola biləcək hər hansı hücumdan sonra ilk olaraq Türkiyədə yerləşən NATO raketdən müdafiə sistemini hədəf alacaqları ilə bağlı təhdid etmişdi.

Qaynar.info