İrandan sonra Türkiyə də vətəndaşlarından İraqa, özəlliklə Bağdada səfərdən çəkinmələrini istəyib.
Qaynarinfo bu barədə Türkiyə Xarici İşlər Nazirliyinə istinadən xəbər
verir.
Həmçinin, İraqda baş verən son hadisələrdən təəssüfləndiyini bildirən Türkiyə Xarici Işlər Nazirliyi davam edən böhranın həlli üçün qarşı tərəfləri "hərtərəfli dialoqa” çağırıb.
"Türkiyə qardaş ölkə İraqda baş verən proseslərdən narahatdır... Ümid edirik ki, mövcud siyasi münaqişələr sülh və hərtərəfli dialoq yolu ilə həll ediləcək, İraq xalqının sülhü və rifahı təmin olunacaq”, - Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Qeyd edilir ki, dünən və bu gün İraqda "As-suraya” kimi Müqtəda Sədr tərəfdarı silahlı qruplaşmalarla İrana yaxın olan Şeyx Xəzəl Ruhaninin rəhbərlik etdiyi "Əsahib əl-Haq” qruplaşması kimi digər şiə müxalifət qrupları arasında qanlı silahlı toqquşmalar yaşanıb.
Aydın