Türkiyə Rusiyaya "Mir” kartları əvəzinə özünün "Troy” milli ödəniş sistemindən istifadə etməyi təklif edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Aydınlıq” qəzeti https://www.aydinlik.com.tr/haber/mir-yaptirimini-firsata-cevirelim-343276 öz mənbələrinə istinadla məlumat
yayıb.
Mənbələrin məlumatına görə, iki ölkənin mərkəzi bankları bu məsələni müzakirə edirlər.
"Troy” sistemi Türkiyədə nağdsız əməliyyatların həcmini artırmaq məqsədi ilə 2016-cı ildə istifadəyə verilib. Nəşrin məlumatına görə, mart ayına olan məlumata görə, dövriyyədə 12 milyondan çox "Troy” plastik kartı olub.
MİR-ə alternativ, Rusiya kartlarını qəbul edən 5 türk bankının ABŞ-ın sanksiyaları təhlükəsi səbəbindən onlarla əməkdaşlığı dayandırması səbəbindən lazım olub.
Alpər
Şərhlər