Xəbər lenti

Türkiyə Silahlı Qüvvələri bir ayda neçə terrorçu zərərsizləşdirib?
Dünya10:25 30.01.2022

Türkiyə Silahlı Qüvvələri bir ayda neçə terrorçu zərərsizləşdirib?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə Silahlı Qüvvələri ölkənin şərqində kəskin hava şəraitində antiterror əməliyyatlarını davam etdirir.
Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı Türkiyə Milli Müdafiə nazirliyi yayıb.
Qeyd olunub ki, son bir ay ərzində türk ordusu 172 terrorçunu zərərsizləşdirib. Onlardan 25-i İraqın şimalında, 147-si isə Suriyanın şimalında məhv edilib.
Bu müddət ərzində Türkiyə Hərbi Hava Qüvvələri qırıcı və hücum PUA-larından istifadə etməklə 25 əməliyyat keçirib və çoxlu sayda terrorçu hədəfi vurulub.
2021-ci ildə isə 397 əməliyyat təşkil edilib, nəticədə 2883 terrorçu zərərsizləşdirilib.
Türkiyə Silahlı Qüvvələri çətin coğrafi və iqlim şəraitində terrora qarşı qətiyyətli mübarizəsini davam etdirir.