Xəbər lenti

Türkiyə şirkəti Qarabağda biznes qurub
Dünya19:24 21.05.2014

Türkiyə şirkəti Qarabağda biznes qurub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xankəndində məşhur türk firması olan BAKO-nun reklam bilbordları asılıb.

 Bu barədə məlumatı “Teleqraf.com” saytı Xankəndinə virtual səfər zamanı aşkarlayıb. Saytın məlumatına görə, Foto Armen G adlı Xankəndində yaşayan bir erməni internet istifadəçisinin “Google Earth”a daxil etdiyi onlarla fotodan biridir. Qalan fotolar şəhərin küçələrində çəkilib.

Qeyd edək ki, Türkiyə-Ermənistan iqtisadi əlaqələri rəsmi şəkildə təkzib olunur, Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağda isə ofis açmaq Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxmaqdır və bud a ciddi diplomatic skandal və dövlətlararası münasibətlərə zərbə sayılır.

BEKO Türkiyənin məşhur şirkəti - KOÇ Holdinqə aid bir əmtəə markasıdır. Bəyaz əşya sektorunda istehsal və satışla məşğul olan BEKO-nun Yönətim Qurulunun başqanı hazırda Mustafa Qoçdur.

Qaynar.info