Xəbər lenti

Türkiyə sualtı ordu yaradır
Dünya07:23 22.08.2013

Türkiyə sualtı ordu yaradır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu texnika minlərlə metr dərinlikdə olan minaları məhv edə bilir

Dünyada yalnız bir neçə ölkədə istehsal olunan insansız sualtı dəniz vasitələrini artıq Türkiyə də "Çanaqqala" və "Barbaros" adı altında istehsal etməyə başlayıb. Anspress Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, istehsalçı firmanın icraçı direktoru Turgay Maleri bildirib ki, keçmişdə əsgər və döyüşçülərin fəth edikləri yerlər bundan sonra müasir texnikanın köməyilə fəth ediləcək:

"Bu günə kimi dənizlərdə və okeanlarda I və II dünya müharibəsi dönəmindən bizlərə miras qalan partlamamış mina və hərbi sursat var. Əvvələr Türkiyə mina və hərbi sursatları məhv etməkdə çətinliklik çəkirdi. İndi isə milli istehsalımız "Çanaqqala" və "Barbaros" insansız sualtı dəniz vasitələri köməyilə minlərlə metr dərinlikdə olan minaları aşkar edərək məhv edə bilir”.

Qaynar.info