Bu gecə Türkiyə ordusu ilə Suriya ərazisində mövqe tutan Bəşər Əsədə bağlı qüvvələr arasında atışma olub. Anspress-in məlumatına görə, Türkiyənin Yayladağı sərhəd məntəqəsinə Suriyanın Lazkiye çölündə Əsəd rejiminin nəzarətində olan bölgədən yüngül silahlarla 30 dəfədən çox atəş açılıb.
Türkiyə sərhəd qoşunları atəşin açıldığı bölgəyə cavab atəşi açıblar, düşməni susdurublar. Hadisədə ölən və ya yaralanan olmayıb. Bölgədə Bəşər Əsədə bağlı qüvvələrlə müxalifətçi qruplar arasında qarşıdurma davam edir.
Qaynar.info