Xəbər lenti

Türkiyə üçün Suriyada qanlı gün: şəhidlər var
Dünya16:25 08.02.2017

Türkiyə üçün Suriyada qanlı gün: şəhidlər var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Suriyada "Fırat qalxanı" əməliyyatını davam etdirən Türkiyə Silahlı Qüvvələri itki verib. 
Qaynarinfo.Az xəbər verir ki, türk ordusu Əl Bab şəhərində İŞİD-in hücumuna məruz qalıb.
Türkiyə Silahlı Qüvvələrindən verilən açınlamada bildirilir ki, bu gün səhər saatlarında baş verən hücum nəticəsində 2 türk əsgəri şəhid olub, 15-i yaralanıb. 
Günün ikinci arısında da İŞİD-çilərlə Türkiyə ordusu arasında toqquşmalar olub. Nəticədə daha iki hərbçi şəhid olub.
Qeyd edək ki, Türkiyə ordusu 169 gündür davam etdirdiyi "Fırat qalxanı" əməliyyatı zamanı 60 şəhid verib.
Qaynarinfo.Az