Xəbər lenti

Türkiyə Ukrayna HDQ-nin ehtiyacları üçün ikinci korvet inşa edəcək
Dünya11:27 18.08.2023

Türkiyə Ukrayna HDQ-nin ehtiyacları üçün ikinci korvet inşa edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin ehtiyacları üçün "Ada” tipli ikinci korvet inşa edəcək, təməlqoyma mərasimi İstanbuldakı gəmiqayırma müəssisələrindən birində baş tutub.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
"Türkiyədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi, vitse-admiral Andrey Tarasovun iştirakı ilə Ukrayna müdafiə nazirinin müavini Volodimir Qavrilovun başçılıq etdiyi Ukrayna Müdafiə Nazirliyinin nümayəndə heyətinin tərkibində Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin ehtiyacları üçün ikinci korvet sinifli gəminin təməlqoyma mərasimi keçirilib”, - məlumatda deyilir. 
Mövcud razılaşmalara əsasən, bu, Türkiyə tərəfindən Hərbi Dəniz Qüvvələrinin ehtiyacları üçün tikilən ikinci korvetdir.
Bildirilir ki, bütün işlər qrafiklərə və bağlanmış müqavilələrə uyğun olaraq vaxtında aparılır.
Daha əvvəl, 2022-ci ilin oktyabr ayında Türkiyədəki RMK Marine tərsanəsində Ukraynanın ilk ADA sinifli korveti "Getman İvan Mazepa” suya buraxılıb.
Nizami Bağırov