Xəbər lenti

Türkiyə xüsusi təyinatlıları Afrinə girdi
Dünya09:49 26.02.2018

Türkiyə xüsusi təyinatlıları Afrinə girdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin Jandarma və Xüsusi Təyinatlı Polis Qüvvələri Suriyanın Afrin bölgəsinə girib.
Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, polis və xüsusi təyinatlılar Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilən "Zeytun Budağı" əməliyyatında iştirak edəcək. Bu qruplar terrorçulardan təmizlənən kəndlərin mühafizəsində və yaşayış məntəqələri əməliyyatlarında yer alacaqlar. 
Afrinə girən qüvvələr sadə vətəndaşlar tərəfindən sevinclə qarşılanıb. Əraziyə həmçinin tanklar göndərilib. 
Hökümət sözçüsü Bəkir Bozdağ məsələ ilə bağlı açıqlama verib:
"Əməliyyat planlaşdırıldığı kimi davam edir. Çox sayda strateji əhəmiyyətli yer ələ keçirildi. Hədəfə çatana qədər, bölgədəki son terrorçu təmizlənənə qədər davam edəcəyik. Xüsusi əməliyyat qrupunun göndərilməsi yeni mübarizənin başlanğıcıdır. Hazırda mübarizə şəhərdə yox, kənar yerlərdə davam edir. Tezliklə əməliyyatın sahəsi kiçiləcək və mülki vətəndaşların yaşadıqları yerləri də əhatə edəcək. Buna hazırlıq görürük".
Gülşən