Türkiyə məhkəməsi 29 yaşlı Erdal E. adlı Türkiyə vətəndaşına 108 il həbs cəzası kəsib. Dogan agentliyinin məlumatına görə, prokuror hətta 289 il həbs tələb edirdi.
Qaynarinfo.az azadliq.org-a istinadən bildirir ki, Erdal Gaziantəpədə Suriya qaçqın düşərgəsində xidmətçi işləyirdi. O, suriyalı 8 qaçqın uşağına qarşı seksual təcavüzdə günahkar bilinib. 8-12 yaşı olan bu oğlan uşaqlarının hər birinə Erdal yarım dollar pul verirmiş.
Erdalın özü günahkar olduğunu inkar edib. O deyib ki, bu cinayəti polisdə işgəncə ilə onun boynuna qoyublar.
Frans Press agentliyinin məlumatına görə, Türkiyənin Birgün qəzeti isə yazır ki, təcavüzə uğrayan uşaqıarın sayı 30-dur, şikayət edənlər cəmi 8 nəfərdir. Qalanlarının valideynləri qorxublar ki, şikayət etsələr, onların qaçqın statusu əllərindən alınar və geriyə- Suriyaya qaytarırlarlar.
Türkiyədə 2,7 milyon Suriya qaçqını var. Frans Press agentliyinin məlumatına görə, Suriya qaçqınları olan düşərgələrdə yardım təşkilatları qaçqın uşaqlarına seksual təcavüz haqda daim xəbərdarlıq edirlər.
Qaynarinfo.az