Xəbər lenti

Türkiyədə 288 hərbçi axtarışdadır - Çevriliş cəhdinə görə
Dünya17:53 05.08.2016

Türkiyədə 288 hərbçi axtarışdadır - Çevriliş cəhdinə görə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Hazırda dövlət çevrilişi cəhdinə görə 9-u general olmaqla 288 hərbçi axtarışdadır". 
Bunu Türkiyənin milli müdafiə naziri Fikri Işık "Reuters"ə müsahibəsində bildirib. 

Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələrindəki struktur islahatları hərbi çevriliş cəhdinə zəmin yaradılması ehtimalını aradan qaldırmaq məqsədilə həyata keçirilir: "Hökumətin atacağı addımlar NATO strukturuna və ruhuna uyğun olacaq". 

Nazir həmçinin "İncirlik"dəki ABŞ rəhbərliyi altındakı koalisiya qüvvələrinin Suriyadakı İŞİD hədəflərini 15 iyul gecəsi də vurduğunu söyləyib. (Report)

Qaynarinfo.Az