Xəbər lenti

Türkiyədə 3 milyonluq narkotik əməliyyatı: iki azərbaycanlı saxlanıldı
Dünya13:09 17.02.2018

Türkiyədə 3 milyonluq narkotik əməliyyatı: iki azərbaycanlı saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin Tokat şəhərində sərnişin avtobuslarından birində aparılan yoxlamalar zamanı 17 kiloqram 421 qram ağırlığında heroin ələ keçirilib.
Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ilə əlaqədar 2 şübhəli şəxs saxlanılıb.
Tokat Polis İdarəsinin verdiyi açıqlamaya görə, İğdırdan İstanbula doğru hərəkət edən avtobusda tapılan 17 paket narkotik maddənin Azərbaycan əsilli A.M. və T.N-ə məxsus olduğu ortaya çıxıb.
Avtobusun saxlanılmasını görən şəxslər öncədən çantalardan birini yol kənarına atıblar. Əməliyyat zamanı tapılan həmin çantada isə 8 kilo 700 qram heroin olduğu məlum olub.
Ələ keçirilən narkotik maddələrin ümumi dəyərinin 3 milyon lirə (təxminən 1,4 milyon manat) olduğu bildirilir.
Faktla bağlı istintaq davam etdirilir.