Xəbər lenti

Türkiyədə 6 ayda media reklamları - 3.3 milyard dollar
Dünya 18:30 22.10.2024

Türkiyədə 6 ayda media reklamları - 3.3 milyard dollar

2024-cü ilin ilk 6 ayında Türkiyədəki ümumi media və reklam yatırımları, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 148,6% artaraq 111,78 milyard TL-ə (təxminən 5,54 milyard AZN, 3,26 milyard ABŞ dolları ) çatıb. 

Qaynarinfo xəbər verir ki, bu rəqəmlər Türkiyənin Reklamcılar Derneği, Reklamverenler Derneği, İnteraktif Reklamcılık Derneği, Açıkhava Reklamcıları Vakfı, Ulusal Radyo Yayıncıları Derneği, Mobil Mecralar Araştırma Pazarlama ve Reklamcılık Derneği və TİAK adına "Deloitte" tərəfindən hazırlanan hesabatda əksini tapıb.

Dijital Medianın Artan Rolu

Media yatırımlarında ən böyük payı yenə də dijital media alıb və bu sahənin payı 71,2% təşkil edib. Dijital media yatırımları 66,34 milyard TL-ə (təxminən 3,29 milyard AZN) bərabər olub. Influencer pazarı 2023-cü ilə nisbətən 87% artaraq 3,1 milyard TL (153,76 milyon AZN) olub. Sosial media yatırımları 45% artaraq 30,07 milyard TL-ə (1,49 milyard AZN) çatıb, programatik reklamlar isə 61% artaraq 40,7 milyard TL (2,02 milyard AZN) olub.

Mobil Reklamların Dominantlığı

2024-cü ilin ilk yarısında dijital media yatırımlarının 78,5%-i mobil cihazlar üzərindən reallaşıb. Mobil cihazlarda gündəlik keçən orta vaxt 4 saat 26 dəqiqəyə çatıb və video reklamlar 34%-lik pay ilə 22,8 milyard TL-ə (1,13 milyard AZN) yüksəlib. Axtarış motorları reklamlarının payı isə 11,8 milyard TL (585 milyon AZN) olub.

Dijital Səs və TV Yatırımları

Dijital səs reklamları böyük bir sıçrayış göstərərək 1,13 milyard TL (56,09 milyon AZN) olub. TV yatırımları isə 107,5% artaraq 20 milyard TL-ni (993,70 milyon AZN) keçib. Açıq hava reklamları da 120,3% artışla 4,49 milyard TL-ə (223,37 milyon AZN) yüksəlib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->