Xəbər lenti

Türkiyədə avtobus 50 metr hündürlükdən aşdı: 7 ölü, çox sayda yaralı var (VİDEO)
Dünya08:00 30.07.2023

Türkiyədə avtobus 50 metr hündürlükdən aşdı: 7 ölü, çox sayda yaralı var (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin Qars şəhərində sərnişin avtobusu qəzaya uğrayıb, 7 nəfər ölüb, onlarla insan yaralanıb.
Qaynarinfo xəbər verir ki, Bursa-Qars ekspedisiyasını həyata keçirən sərnişin avtobusu Ərzurum-Qars avtomobil yolunun Sarıqamış rayonu Karakurt kəndinin girişində 50 metr hündürlükdən aşıb.
Hadisə yerinə təcili yardım, xilasedicilər, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) əməkdaşları və jandarm cəlb edilib.
Yaralılar təcili yardım maşınları ilə Ərzurum və Qarsdakı xəstəxanalara çatdırılıb.
Vəziyyəti ağır olan yaralılardan biri təcili yardım helikopteri ilə Ərzuruma aparılıb.