Xəbər lenti

Türkiyədə bir gündə 253 nəfər koronavirusdan öldü
Dünya18:18 26.12.2020

Türkiyədə bir gündə 253 nəfər koronavirusdan öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 253 nəfər ölüb.
Qaynarinfo xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyənlərlə birlikdə 15 118 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.
Bu gün sağalan xəstə sayı 23 231, ağır xəstə sayı isə 4501 nəfər olub. Nazir infeksıyaya yoluxma və ağır xəstə sayının azalmasını müsbət hal olaraq dəyərləndirib.
Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 2 133 373 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 1 994 034 nəfər sağalıb, 9624 nəfər isə ölüb.