
Bu günlərdə Türkiyədə qeyri-adi evlilik təklifi hər kəsin marağına səbəb olub.
Qaynar.info-nun verdiyi xəbərə görə, Türkiyə Hava Yollarının Van-İstanbul marşurutu ilə uçan təyyarədə qonaq pilotu Vanda həkim-ginekolok kimi işləyən Hazel Çağın Gürleyenə evlənmə təklifi edib.
Təyyarə ilə səfərə çıxan xanım həkimə sürpriz etmək üçün sevgilisi Ali Kuzey qonaq pilot kimi heyətə qatılıb. Təyyarə havaya qalxan kimi sərnişinlərə ənənəvi bildirişləri çatdıran Ali Kuzey dərhal evlilik təklifini səsləndirib.
Həkim xanım evlilik təklifini qəbul edib və salon onları alqışlayıb.
Qaynar.info