Dünya 22:42 17.02.2023

Türkiyədə dağıntılar altında qalan 5 nəfərlik ailə xilas edildi

Türkiyənin Kahramanmaraş şəhərinin zəlzələlərdən ən çox zərər çəkən vilayətlərdən biri olan Adıyamanda dağıntılar altında qalan 5 nəfərlik ailə göyərçinləri ilə birlikdə xilas edilib.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, Atatürk Bulvarında 5 mərtəbəli binanın üst mərtəbəsində yaşayan 41 yaşlı Necmettin, həyat yoldaşı Aysel və 3 uşağı, eləcə də 25 göyərçin dağıntılar altından çıxarılıb.

Necmettin bildirib ki, yaşadıqları binada 16 qohumu dağıntılar altında qalıb.