Xəbər lenti

Türkiyədə daha bir ağır qəza , ölən və yaralananların sayı artdı (VİDEO/YENİLƏNİB)
Dünya18:12 20.08.2022

Türkiyədə daha bir ağır qəza , ölən və yaralananların sayı artdı (VİDEO/YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin Mardin şəhərində baş verən ağır yol qəzasında ölənlərin sayı artıb.
Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
O bildirib ki, hadisə nəticəsində 16 nəfər ölüb, 29 nəfə isə yaralanıb.
 22:12
Türkiyənin Mardin şəhərinin Derik rayonunda əyləci sıradan çıxan yük maşını iki avtomobilə çırpıldıqdan sonra insanların üstündən keçib.
Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilkin məlumatlara görə hadisə nəticəsində 10 nəfərin həyatını itirdiyi, çox sayda insanın yaralandığı bildirilib.
Qəza yerinə polis, yanğınsöndürmə briqadası və 112 Təcili Tibbi Yardım qrupları sövq edilib.
Türkiyənin daxili işlər naziri Süleyman Soylu qəza ilə bağlı tviter hesabında paylaşım edib.
 "Mardin Derikdə eyni yerdə ard-arda iki yük maşını qəzası oldu. Bütün komandalarımız səfərbərdir. İlkin təsbitlərə görə 10 nəfər həlak olub. Yaralılarımız xəstəxanalara çatdırılır” , - paylaşımda qeyd olunub.