Xəbər lenti

Türkiyədə daha bir terror: 7 şəhid, 27 yaralı - YENİLƏNİB
Dünya17:41 31.03.2016

Türkiyədə daha bir terror: 7 şəhid, 27 yaralı - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin Diyarbəkir şəhərində güclü partlayış baş verib. 
"Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, hadisə Diyarbəkir-Şanlurfa avtomobil yolu üzərindəki avtovağzalın yaxınlığında olub.
Məlumatda Diyarbəkirdə polisləri daşıyan mikroavtobusun hərəkəti zamanı içərisinə partlayıcı maddə qoyulmuş avtomobilin partladıldığı, nəticədə avtobusun içərisindəki polislərin və ətrafdakı vətəndaşların yaralandığı qeyd olunub. 
Xəbərdə həmçinin hadisə yerinə çox sayda təcili tibbi yardım maşınının sövq edildiyi, yaralı polislərin Diyarbəkir Hərbi Hospitalına, sivil vətəndaşların isə müxtəlif xəstəxanalara aparıldığı vurğulanıb.
*  *  *
Qaynar.info Türkiyə mediasına istinadən xəbər verir ki, baş vermiş bombalı hücum zamanı 4 polis əməkdaşı həlak olub, 14 nəfər yaralanıb. 
*  *  *
Son məlumata görə, şəhid sayı 6-ya çatıb. Daha 6 polis və ətrafdakı insanlar yaralanıb. Ümumilikdə 23 yaralı var. Onlardan 3-nün vəziyyəti ağırdır.
*  *  *
Polis terror aktını törədənləri yaxalamaq üçün genişmiqyaslı əməliyyatlara başlayıb. Terrorçularla təhlükəsizlik qüvvələri arasında şiddətli atışmanın getdiyi bildirilir.
*  *  *
Terror aktı nəticəsində ölənlərin sayı artıb. Qaynar.info yerli mətbuata istinadən xəbər verir ki, partlayış mikroavtobusda olan polislərdən 7-si şəhid olub. 13 polis və 14 dinc sakin isə xəsarət alıb. 1 polis və 1 dinc sakinin vəziyyəti ağırdır.
Qaynar.info