Diyarbakirin Dəclə Mahalına PKK- lı terroristlər tərəfindən hücum olub.
Qaynarinfo.az xəbər verir ki, terroristlər bomba yüklü avtomobillə polis idarəsi yaxınlığında partlayış törədiblər. Köməyə gedən təhlükəsizlik orqanlarının maşınına da əl qumbarası atılıb. Hər iki hücumda 11 təhlükəsizlik işçisi yaralanıb.
Terroristlər tərəfindən təşkil edilən hücumda 1 əsgər şəhid olub, 26 nəfər yaralanıb. Aralarında vətəndaşların də olduğu yaralılar, vertolyot və təcili yardımlarla Diyarbakir əsgər xəstəxanasına aparılıb.
Yaralılardan 3-nün vəziyyəti ağırdır.
Qaynarinfo.az