Xəbər lenti

Türkiyədə dəhşətli qəza: 11 ölü, 9 yaralı - FOTOLAR
Dünya18:25 03.12.2017

Türkiyədə dəhşətli qəza: 11 ölü, 9 yaralı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyədə suriyalıları aparan mikroavtobus yük maşını toqquşub.
Qaynarinfo milliyet-ə istinadən xəbər verir ki, hadisə Hatay əyalətinin Altınözü qəsəbəsində baş verib. Qəza zamanı 10-u suriyalı olan 11 nəfər həyatını itirib, 9 nəfər isə ağır yaralanıb.
Haday bələdiyyəsindən verilən açıqlamada hadisədən bir müddət öncə polisə insan qaçaqçılığı ilə bağlı məlumat daxil olub. Keçirilən əməliyyat tətbirləri nəticəsində polislərin "saxla" əmrinə riayət etməyən mikroavtobus  sürücüsü sürəti artıraraq yoluna davam edib. Bir müddət sonra isə qarşıdan gələn yük maşını ilə toqquşub.
Yük maşınının sürücüsü dindirilmək üçün polis bölməsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.