Türkiyə parlamenti dezinformasiyaya görə 3 ilə qədər həbs cəzasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Bu barədə Qaynarinfo "TRT Haber”ə istinadən xəbər verir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyasının parlamentə təqdim etdiyi müvafiq layihə mediada və sosial şəbəkələrdə yalan xəbərlərin yayılmasına aiddir.
Layihənin özündə nəinki azadlıqdan məhrumetmə, hətta saxta məlumat ötürməkdə təqsirli bilinən jurnalistlərin iş vəsiqəsindən məhrum edilməsi də nəzərdə tutulub.
Layihədə real kimliyini gizlətməklə yalan məlumatların yayılmasında iştirak edənlərin həbs müddətini iki dəfə artırmaq təklif edilir.
Nizami Bağırov