Xəbər lenti

Türkiyədə dollar sıçrayış etdi -qiyamdan sonra
Dünya08:42 16.07.2016

Türkiyədə dollar sıçrayış etdi -qiyamdan sonra

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyədəki hərbi qiyam cəhdinin ardınca ölkənin milli valyutası – Türk lirəsi dollar qarşısında dəyərini kəskin itirib. 

"Qaynarinfo.Az" Türkiyə mediasına istinadən xəbər verir ki, qiyam cəhdindən öncə 2.88 lirə civarında olan dollar, hadisələr zamanı sıçrayışla bahalaşaraq, 3.04 lirə səviyyəsinə qalxıb.

Bununla da türk lirəsi dollar qarşısında son iki ayın ən böyük ucuzlaşmasına məruz qalıb.

MarketWatch saytının məlumatlarına görə, hazırda dünya birjalarında dollar 3.01 lirə səviyyəsində dəyərləndirilir.

Lirə, həmçinin avro qarşısında da dəyərini itirib və 5 faizdən artıq ucuzlaşıb.

Qızılgül

Qaynarinfo.Az