
Türkiyədə edam cəzasının bərpası ilə bağlı sorğular keçirilib.
Qaynarinfo.Az report-a istinadən bildirir ki,"turkiyegazetesi.com"da keçirilmiş sorğuda iştirak edənlərin 91 faizi edam cəzasının yenidən bərpa olunmasına tərəfdar çıxdığını bildirib. Sorğuda iştirak edənlərin 7 faizi edam cəzasının bərpasına qarşı çıxıb.
Rəy bildirənlərin 2 faizi bitərəf olduqlarını bildiriblər.
Qeyd edək ki, Türkiyədə dövlət çevrilişinə cəhddən sonra sorğu mərkəzlərindən birinin 5 400 nəfər arasında keçirdiyi sorğuda da iştirak edənlərin böyük qismi ölkədə ölüm cəzasının bərpasına tərəfdar olduğunu bildirib.
Belə ki, rəyi soruşulanlardan 88 faizi "edam cəzası yenidən bərpa olunmalıdır" - deyə bildirib. Respondentlərin ancaq 3 faizi edam cəzasına yox deyib.
Rəyi soruşulanlardan 9 faizi isə bununla bağlı suala cavab verməyə çətinlik çəkdiyini deyib.
Qaynarinfo.Az