Rusiyalılar da daxil olmaqla Türkiyədə istirahət edən turistlər yerli hakimiyyət orqanlarının koronavirusla mübarizə üzrə yeni təşəbbüsünü bəyənməyiblər.
Qaynarinfo xəbər verir ki, bu barədə TourDom.ru saytında məlumat verilib.
Tətil edənlər otellərdə səssizliyin pozulmasına qoyulan qadağadan narazı qalıblar. Daxili İşlər Nazirliyinin əmri ilə qurumlar artıq gecə diskotekaları təşkil edə bilməyəcək - əks halda 150 min lirə cərimə ödəməli olacaqlar.
Qonaqlara, öz növbəsində, gecələr musiqisinin səsini yüksəltmək də qadağandır. İnsanlar otel ərazisini tərk edib çimərlikdə və şəhər daxilində bir qonaqlıq təşkil etməyə çalışsalar, 3150 lirə cərimə ediləcəklər.
Xəbər verildiyi kimi, Türkiyədə 12 rusiyalıda COVID-19 tapılıb. Ölkədə, eyni zamanda, insanların yoluxmasını qarşısını almaq üçün ictimai nəqliyyatda ayaq üstdə getmək də qadağan edilib.
Alpər