Xəbər lenti

Türkiyədə gəlinlərin statistikası açıqlandı, azərbaycanlılar üçlüyə düşdü
Dünya19:37 02.03.2016

Türkiyədə gəlinlərin statistikası açıqlandı, azərbaycanlılar üçlüyə düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyədə əcnəbi gəlinlərin statistikası açıqlanıb.
Baku.ws-in məlumatına görə, 2015-ci ildə Türkiyədə nikaha düşən əcnəbi gəlinlər arasında suriyalılar ilk pillədə qərarlaşıb. Türkiyədə ərə gedən suriyalıların sayı 3 min 569 (19%) nəfərdir. 
Suriyalı gəlinləri 14,3%-lə alman gəlinlər (2 min 695 nəfər) izləyib. İlk üçlüyü azərbaycanlı gəlinlər tamamlayıb. Türkiyədə Azərbaycanlı gəlinlərin sayı 1653 nəfərə çatıb. Bu isə faiz nisbəti ilə 8,8% həcmindədir. 
Bununla yanaşı, ölkədə orta hesabla ilk evlənmə yaşı 2015-ci ildə kişilər üçün 27, qadınlar üçün 23,9 olub. 
Qaynar.info