Xəbər lenti

Türkiyədə general koronavirusdan öldü, qurbanların sayı 3-ə çatdı
Dünya14:50 19.03.2020

Türkiyədə general koronavirusdan öldü, qurbanların sayı 3-ə çatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin səhiyyə naziri Fahrettin Koca ölkə parlamentində hesabatla çıxış edib.
"Report” "A haber”ə istinadən xəbər verir ki, o, Türkiyədə koronavirusdan ölənlərin sayının 3-ə çatdığını açıqlayıb.
Nazir sabiq komandan Aytaç Yalmanın koronavirus testinin neqativ, onun həyat yoldaşı və yaxınlarının testinin pozitiv çıxdığını vurğulayıb. 
F.Koca bununla belə generalın koronavirusdan öldüyünü təsdiqlədiklərini söyləyib. 
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 176 ölkə və bölgədə qeydə alınıb. 
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 227 931-ə çatıb. 9 311 nəfər isə virus səbəbi ilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.