Xəbər lenti

Türkiyədə hərbi çevrilişə cəhddən 1 il keçir
Dünya05:52 15.07.2017

Türkiyədə hərbi çevrilişə cəhddən 1 il keçir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Türkiyədə dövlət çevrilişinə cəhddən bir il keçir.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülən tərəfindən cəhd edilən çevriliş nəticəsində 260 nəfər ölmüş, 2196 nəfər yaralanmışdı. 

Hadisədən sonra Türkiyə hökümətinin tərkibində, dövlət strukturlarında ciddi dəyişikliklər həyata keçirildi, 150 min nəfər işdən çıxarıldı, 50 min nəfər isə həbs edildi. Həbs prosesi hələ də davam edir.

Bu ilin aprelində isə referendum keçirildi və hakimiyyət strukturu dəyişdirildi. 

Qeyd edək ki, çevrilişə cəhddən sonra əsas müzakirə mövzularından biri də edam cəzasının leqallaşdırılmasıdır.

Gülşən

Qaynarinfo.Az