Xəbər lenti

Türkiyədə hotel yanğınında ölənlərin yekun sayı açıqlandı
Dünya12:58 23.01.2025

Türkiyədə hotel yanğınında ölənlərin yekun sayı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortunda baş verən yanğın zamanı ölənlərin sayının 78 olması dəqiqləşib.
Qaynarinfo xəbər verir ki,  bu barədə Ədliyyə Nazirliyi hazırkı yekun nəticələrə əsasən məlumat verib.
Xatırladaq ki, hoteldə yanğın yanvarın 21-də gecə baş verib. Yanğın zamanı müəssisədə ümumilikdə 238 qonaq olub. Türkiyədə yanvarın 22-də matəm elan edilib. Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bolu vilayətinə gedib, hadisədə həyatını itirən Gültəkin ailəsinin vida mərasimində iştitak edib.